Ukrayna Prezidenti Vladimir Zelenski və Moldovanın dövlət başçısı Maya Sandu mətbuatdan gizli şəkildə Ukraynada görüşərək Dnestryanı bölgəni küncə sıxışdırmaq planlarını müzakirə edib.Tərəflərin əsas müzakirə mövzusu Dnestryanıya qaz nəqlini dayandırmaq imkanları olub. Belə ki, iyunun 30-da “Moldovagaz”ın Tiraspola qaz ötürmək lisenziyasının müddəti bitir. Sazişin uzadılması tamamilə Moldovadan, yəni Maya Sandudan asılıdır. İndiyə qədər mövcud olan şərtlər Moldova üçün dözülməz idi. Dnestryanı qazı pulsuz alır, Rusiya isə yaranan borcu Moldovanın adına yazırdı. Rusiyanın müstəqil Moldovanın zəif boynuna keçirdiyi bu “kəndir” nəticəsində illərdir toplanan borc 11 milyard dollardan çoxdur. Dnestryanının bunca il nəyin hesabına ayaqda qaldığı indi aydın olur.
İyunun 30-dan etibarən oyunun qaydalarını dəyişmək mümkün olacaq. Moldova qaz üçün ödəniş və sənədlərin qanuni rəsmiləşdirilməsini tələb edəcək. Hazırda bütün sxemlər “boz zona”dadır. Dnestryanı bu şərtlərin heç birini təmin edə bilməyəcək, bu isə o deməkdir ki, bir tərəfdən Moldova, digər tərəfdən isə Ukrayna separatçı bölgəni sıxışdırmağa başlayacaq.
Dnestryanı bölgənin taleyi artıq həll olunub. Bölgə öz xoşu ilə Moldovanın tərkibinə qayıdacaq. Bu prosesdə Sandu tələsməyəcək. Dnestryanıya təzyiqləri tədricən və ardıcıl şəkildə artıracaq. Ukrayna pilotsuz uçuş aparatları isə Rusiyanın bu prosesə müdaxilə etməməsini təmin edəcək. Putin illərdir xəyallarında Avropaya sıçrayış üçün plastarm hesab etdiyi hərbi bazasının əlindən alınmasını izləməli olacaq.
Zelenski və Sandu komandası Dnestryanı uğrunda birgə mübarizəni davam etdirmək barədə razılığa gəliblər. Ukrayna bu məsələdə Moldova üçün təhlükəsizlik çətiri rolunu oynayır.
çap et