Vaxt.Az

Çinlə Rusiya savaş astanasında


 

Pekinin yeni donanması Moskvanı narahat edir

Çinlə Rusiya savaş astanasında Çin hakimiyyəti Arktikaya böyük maraq göstərir və hətta Pekin xüsusi Arktika donanması yaradır.


ANS PRESS-in məlumatına görə, bu, yaxın illərdə Arktikadakı neft yataqlarına böyük ümidlər bəsləyən Rusiyanı narahat edir. Bir qədər öncə bu narahatlığı «Rosneft»in başçısı İqor Seçin ifadə etmişdi.

Çinin hərbi elmlər akademiyasının müdafiə siyasəti elmi-tədqiqat mərkəzinin təmsilçilərinin dərc etdirdiyi hesabatda deyilir ki, Arktika regionundakı neft-qaz yataqları Çinin dayanıqlı iqtisadi inkişafının əsas amilinə çevrilməlidir. Keçən ilin may ayında Arktika şurası Çinə və Hindistana da Arktika bölgəsində müşahidəçi hüququ verib.

Bu isə yaxın 20 il ərzində Arktikaya 400 milyard dollar yatırmağa çalışan Rusiyanı çox narahat edir.

 





19.06.2014    çap et  çap et