Vaxt.Az

“Meloni strateji tərəfdaşlığı gücləndirir”


 

İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”

“Meloni strateji tərəfdaşlığı gücləndirir” “Beynəlxalq arenada artan qeyri-sabitlik və geosiyasi gərginlik fonunda İtaliya hökumətinin xarici siyasət kursu strateji tərəfdaşlıqların möhkəmləndirilməsinə yönəlib”. Bu sözləri hakim “Fratelli d’Italia” (“İtaliyanın qardaşları”) partiyasının senatoru Simona Petrucci deyib. Onun sözlərinə görə, Baş nazir Corcia Meloninin fəaliyyəti bu istiqamətdə ardıcıl və strateji baxışa əsaslanır.

VAXT.AZ “La voce del Patriota” saytına istinadən xəbər verir ki, Petruccinin sözlərinə görə, etibarlı tərəfdaşlarla münasibətlərin gücləndirilməsi təkcə xarici siyasət seçimi deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və yeni imkanların yaradılması baxımından zərurətdir. Bu kontekstdə Azərbaycan ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Senator vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq xüsusilə enerji sahəsində, iqtisadi əlaqələrdə və nəqliyyat-kommunikasiya bağlantılarının inkişafında mühüm rol oynayır. Enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi İtaliyanın qlobal risklərə qarşı daha dayanıqlı olmasına xidmət edir.

Petruccinin fikrincə, Meloni hökuməti konkret nəticələrə yönəlmiş, milli maraqlara əsaslanan və eyni zamanda dialoq və əməkdaşlığı qoruyan siyasət yürüdür. Bu yanaşma İtaliyanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, diplomatik münasibətləri real iqtisadi və sosial nəticələrə çevirməyə imkan verir.

Senatorun qeyd edib ki, mürəkkəb beynəlxalq şəraitdə belə ardıcıl və praqmatik siyasət kursu ölkə üçün sabitlik və etibarlılıq yaradır.

 





05.05.2026    çap et  çap et