İtaliyanın Baş naziri Corcia Meloni Bakıya səfəri çərçivəsində Azərbaycan ilə strateji tərəfdaşlığın daha da möhkəmləndiriləcəyini açıqlayıb.
VAXT.AZ xəbər verir ki, Meloni sosial şəbəkə hesabındakı paylaşımında “Məqsəd İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət daşıyan əməkdaşlığı inkişaf etdirməkdir”, – yazıb.
Onun sözlərinə görə, Azərbaycanla artıq mövcud olan əməkdaşlıq enerji, təhlükəsizlik, nəqliyyat-kommunikasiya (konektivlik), investisiyalar və siyasi dialoq sahələrini əhatə edir və bu əlaqələrin daha da genişləndirilməsi nəzərdə tutulur.
“Azərbaycanla artıq çox vacib olan əməkdaşlığı daha da möhkəmləndirmək və onu ölkələrimiz üçün konkret imkanlara çevirmək istəyirik”, – deyə Meloni vurğulayıb.
Baş nazir qeyd edib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır: “Belə çətin dövrdə etibarlı əlaqələri qoruyub saxlamaq vacibdir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardandır”.
çap et