Vaxt.Az

“Qapınızı açmayın!”


 

Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”

“Qapınızı açmayın!” Rusiya paytaxtında sosial şəbəkə və messencer qrupları vasitəsilə vətəndaşlara yönəlik saxta xəbərdarlıq mesajlarının yayıldığı bildirilir. Mesajlarda insanlara polis əməkdaşları ilə ünsiyyət qurmamaq, evlərinin qapısını açmamaq və rəsmi sənədlərə etibar etməmək kimi çağırışlar yer alır.

Yayılan məlumatlarda guya polis formasında olan bir qrup şəxsin yaşayış binalarına daxil olaraq oğurluq və fırıldaqçılıq törədə biləcəyi barədə xəbərdarlıqlar edilir. Mesajlarda həmçinin vətəndaşlara yaxınlarını və ailə üzvlərini də xəbərdar etmək tövsiyə olunur.

VAXT.AZ xəbər verir ki, rəsmilərin və yerli media mənbələrinin məlumatına görə, bu tip mesajların yayılması Rusiya Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən real yoxlamalar və reydlərlə eyni dövrə təsadüf edir.

Son aylarda çoxmənzilli binalarda yaşayan sakinlərin yoxlanılması, həmçinin yol hərəkəti zamanı sürücülərin nəzarəti ilə bağlı tədbirlərin intensivləşdiyi bildirilir. DİN-in açıqlamasına görə, bu yoxlamalar cinayətlərin qarşısının alınması və şübhəli şəxslərin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Ekspertlər hesab edir ki, belə saxta mesajlar ictimaiyyətdə çaşqınlıq yaradır və hüquq-mühafizə orqanlarının fəaliyyətinə inamı zədələyir.

 





05.05.2026    çap et  çap et