Vaxt.Az

“Putin sarayı” yaxınlığına hücum


 

PUA zərbələri güclü yanğına səbəb oldu

“Putin sarayı” yaxınlığına hücum Rusiyanın Qara dəniz sahillərində yerləşən Gəlincik şəhəri yaxınlığında, mediada “Putin sarayı” kimi tanınan əraziyə yaxın zonada yanğın baş verdiyi barədə məlumat yayılıb. Hadisə pilotsuz uçuş aparatları və kater hücumu ilə bağlı təhlükə elan edildikdən sonra qeydə alınıb.

VAXT.AZ “Telegram” kanallarına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisədən əvvəl bölgədə xəbərdarlıq siqnalları işə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə dənizdə yerləşən bir obyektin alovlandığı görünür. Kadrlarda yanan obyektin sahildən bir qədər olduğu müşahidə edilir.

“ASTRA” kanalında yayılan görüntülər əsasında apardığı geolokasiya nəticəsində bildirib ki, yanğın baş verən obyekt sahildən təxminən 5 kilometr, sözügedən iqamətgahdan isə təxminən 17,5 kilometr məsafədə yerləşir.

Hazırda dənizdə hansı obyektin yandığı və yanğının səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisənin pilotsuz vasitələrin hücumu ilə birbaşa əlaqəsi də hələlik təsdiqlənməyib. Bununla belə, Rusiya-Ukrayna müharibəsi fonunda Qara dəniz bölgəsində təhlükəsizlik risklərinin artdığı və bu cür hadisələrin daha həssas qarşılandığı qeyd olunur.

 





05.05.2026    çap et  çap et