Vaxt.Az

Rusiyada təyyarə qəzası


 

Ölənlər var

Rusiyada təyyarə qəzası Rusiyanın Omsk vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

VAXT.AZ yerli mediaya istinadən xəbər verir ki, “Aeroprakt-22” tipli təyyarə Koşkaryovo kəndi yaxınlığında yerə çırpılıb. İlkin məlumatlara əsasən, təyyarə “Aviabaza” şirkətinə məxsus olub.

Hadisənin səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

Son məlumatlara görə, təyyarə meşə yanğınlarının monitorinqi zamanı qəzaya uğrayıb. Bildirilir ki, son günlər Omsk vilayətində azı 25 yanğın ocağı qeydə alınıb.

Təyyarəni istismar edən şirkət bu il meşə ərazilərində aviasiya müşahidəsi və yanğınların aşkarlanması üzrə müqavilə bağlayıb. Uçuşlar çərçivəsində tayqa ərazilərində yanğın ocaqlarının müəyyən edilməsi həyata keçirilirdi.

 





06.05.2026    çap et  çap et