Vaxt.Az

Öküz kovboyu tapdaladı – VİDEO


 

25 yaşlı idmançı aldığı zərbələrdən həlak oldu

Öküz kovboyu tapdaladı<b style="color:red"> – VİDEO</b> Braziliyada keçirilən rodeo yarışması zamanı gənc kovboy Ranner Luan faciəli şəkildə həyatını itirib.

VAXT.AZ “CNN Brasil”ə istinadən xəbər verir ki, hadisə Rondonia ştatının Alvorada d’Oeste bölgəsində keçirilən “Expoalvo” rodeosu yarışında baş verib. Çıxışı zamanı öküzdən yıxılan gənc kovboy Ranner Luan heyvanın ayaqları altında qalaraq bir neçə zərbə alıb. Hadisə arenada tamaşaçıların gözü qarşısında qeydə alınıb.

Arenada dərhal ilk tibbi yardım göstərilən 25 yaşlı idmançı daha sonra ağır vəziyyətdə Kakual şəhərindəki xəstəxanaya aparılıb. Yaralının vəziyyətini kritik kimi qiymətləndirən həkimlər çoxsaylı travmalarla mübarizə aparıblar. Lakin bütün müdaxilələrə baxmayaraq kovboyun həyatını xilas etmək mümkün olmayıb.

Təşkilatçılar hadisədən sonra yarışmada bir dəqiqəlik sükut elan edib və Ranner Luanın sevdiyi işlə məşğul olarkən həyatını itirdiyini bildiriblər. Yarış təşkilatçıları təhlükəsizlik prosedurlarının tətbiq olunduğunu və ailəyə dəstək verildiyini açıqlayıb.

Qeyd edək ki, Ranner Luan Braziliyada rodeo yarışlarında aktiv iştirak edən gənc idmançılardan biri kimi tanınırdı. Hadisə ölkədə rodeo idmanının təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 





06.05.2026    çap et  çap et