Ukraynanın Sumı şəhərində mülki infrastruktura növbəti hücum qeydə alınıb. İlkin məlumatlara görə, şəhərin mərkəzi hissəsində yerləşən uşaq bağçasının binası pilotsuz uçuş aparatlarının (PUA) zərbəsinə məruz qalıb.
VAXT.AZ “Suspilne” telekanalına istinadən xəbər verir ki, hücum nəticəsində azı iki nəfər yaralanıb. Zərbə nəticəsində binada yanğın baş verib və hadisə yerinə xilasedicilər cəlb olunub.
Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov açıqlamasında qeyd edib ki, şəhərin mərkəzində yerləşən mülki obyekt iki zərbə PUA-sı ilə vurulub. Onun sözlərinə görə, hücum davam etdiyi üçün əhaliyə sığınacaqlarda qalmaq tövsiyə olunub.
Şəhər rəhbərliyində mer vəzifəsini icra edən Artem Kobzar isə hədəfin məhz uşaq bağçası binası olduğunu təsdiqləyib.
Ukrayna
mediası yazır ki, hadisə yerində yanğının söndürülməsi və dağıntıların aradan
qaldırılması istiqamətində işlər davam edir. Hücumun miqyası və əlavə zərər
barədə məlumatlar dəqiqləşdirilir.
çap et