ABŞ ordusuna məxsus «F-18» qırıcıları İraq səmasında kəşfiyyat uçuşlarına başlayıblar. Axar.az xəbər verir ki, bu barədə «Foks Nyus» telekanalı məlumat yayıb.
Qırıcılar hazırda Fars körfəzində olan «Corc Buş» təyyarədaşıyan gəmisindən qalxır.
Kəşfiyyat uçuşları Barak Obamanın İraqın təhlükəsizliyinin təmin olunması məsələsinə baxılacağı ilə verdiyi açıqlamasından sonra həyata keçirilib.
Obama administrasiyası həmçinin pilotsuz təyyarələrin də İraq üzərində müşahidə aparmasına icazə verib.
çap et