Vaxt.Az

CNN-in təsisçisi vəfat edib


 

Qlobal mediada inqilabi dəyişikliklərə səbəb olan Törner 87 yaşında dünyadan köçdü

CNN-in təsisçisi vəfat edib CNN-in təsisçisi Ted Törner 87 yaşında vəfat edib.

VAXT.AZ xəbər verir ki, məlumatı CNN və “Turner Enterprises” təsdiqləyib.

Ted Törner 1980-ci ildə CNN-i (Cable News Network) təsis edərək dünya mediasında inqilabi dəyişikliklərə səbəb olub. Törner, 24 saatlıq xəbər yayım formatını yaradaraq televiziya jurnalistikasında yeni bir dövrün əsasını qoyub.

Bundan əlavə, o, “Turner Broadcasting System” media imperiyasını qurub. Onun yaratdığı struktur çərçivəsində TNT, “Cartoon Network” və sonradan “Adult Swim” kimi məşhur televiziya kanalları fəaliyyətə başlayıb.

1991-ci ildə o, “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib. Nəşr onu “qlobal hadisələrin dinamikasına təsir edən və 150 ölkədə milyonlarla insanı hadisələrin canlı şahidinə çevirən şəxs” kimi xarakterizə edib.

Ted Törnerin vəfatı media dünyasında böyük itki kimi qiymətləndirilir. Onun yaratdığı xəbər modeli qlobal informasiya sisteminin formalaşmasında əsas dönüş nöqtələrindən biri hesab olunur.

 





06.05.2026    çap et  çap et