Vaxt.Az

Nazir dostuna zəng etdi


 

“Çətin məqamda həmrəyliyimizi ifadə edirik”

Nazir dostuna zəng etdi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.

VAXT.AZ xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, telefon danışığı zamanı Mevlüt Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması haqqında danışılıb:

“Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı, Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım.

Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!” – paylaşımda qeyd olunub.

 





07.05.2026    çap et  çap et