Vaxt.Az

Toğrul Nərimanbəyovun dəfni yubana bilər


 

Rəssamın qızının atasının ölümü ilə bağlı şübhələri var

Toğrul Nərimanbəyovun dəfni yubana bilər Artıq 20 gündür Fransada dünyasını dəyişən Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması məsələsinə aydınlıq gətirilsə də, onun torpağa tapşırılması yenidən yubana bilər. Buna səbəb rəssamın qızının atasının ölümü ilə bağlı şübhələrinin olmasıdır. Fransa məhkəməsi xalq rəssamının həyat yoldışının istədiyi kimi Parisdə dəfn edilməsinə qərar verdikdən sonra rəssamın qızı Əsmər Nərimanbəyova yeni iddia ilə çıxış edib.O, ANS-ə açıqlamasında atasının ölüm səbəbi ilə bağlı müəyyən şübhələrinin olduğunu deyib. Buna görə də, ölüm səbəbini dəqiqləşdirmək üçün məhkəmə-tibbi ekspertiza keçirilməsi tələbi ilə prokurorluğa müraciət edib. Bu müraciətə bazar ertəsi baxılacaq.
"Xəstəxanada necə öldüyünü bilmək olmur. Onun yoldaşı yanında olub, sonra o gedəndən 2 saat sonra yerə yıxılıb. Başında hematoma yaranıb. Ona görə biz ölümün necə olduğunu bilmək istəyirik. Epikrizdə çox şeyi bilmək olmur, niyə bu kişi yerə yıxılıb, niyə başında hematoma yaranıb? Xəstəxanada niyə həmin vaxt heç kim olmayıb onun yanında?" 
 





22.06.2013    çap et  çap et