Müsahibə zamanı pop ifaçı ailə qurmağı arzulamadığını, sevgilisi ilə xoşbəxt həyat sürmək üçün hər şeyə sahib olduğunu dilə gətirib: «Sevgi, körpə - həyatımızda hər şey var. Adi nikah heç nəyi dəyişdirməyəcək, ona görə də ailə qurmaq istəmirəm. Əgər nə vaxtsa ərə getsəm, yalnız Jerar istədiyi üçün bu addımı atacağam».
Kolumbiyalı gözəlçə həyat tərzindən və qidalanmasından da danışıb: «İdmanla məşğul oluram, aktiv həyat tərzi sürürəm. Hazırda ən çox sevdiyim idman növü tennisdir. Turne çərçivəsində isə çoxlu rəqs edirəm, bu da mənə daim formada olmağa kömək edir. Pəhrizin qulu olmağı isə tamamilə sevmirəm».