Vaxt.Az

Kuryerlərin şikayəti – VİDEO


 

“Volt”un qərarı narazılığa səbəb oldu

Kuryerlərin şikayəti<b style="color:red"> – VİDEO</b> Çatdırılma üçün kuryerlərə təyin edilən məbləğ azaldılıb. Bu iddianı Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bir qrup kuryer şikayətində bildirib.

VAXT.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, kuryerlərin sözlərinə görə, müqavilədə çatdırılma haqqı olaraq 1 kilometr üçün 1,7 manat təyin olunsa da, bu məbləğ bir neçə aydır, 1,1 manata endirilib. Kuryerlərə isə bunun şirkət tərəfindən yox, sistem tərəfindən təyin olunduğu bildirilir. Bəzən müştərilərin götürmədiyi məhsul sifariş olunduğu yerə qaytarılır ki, bu da kuryerlərə daha da baha başa gəlir.

Şikayətlər bununla da bitmir. Kuryerlər iddia edirlər ki, fəaliyyət göstərdikləri şirkət səbəbsiz yerə onların hesablarını bloklayır, işləmələrinə mane olur.

Kuryerlərin şikayəti ilə bağlı “Volt” ofisinə müraciət edilsə də, şirkətin əməkdaşı olduğunu bildirən şəxs zənglərə cavab verməyərək, “Məni narahat etməyin!” mesajını yazdı. “Volt” dəstək xidmətindən də cavab almaq mümkün olmadı.

VAXT.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 





07.05.2026    çap et  çap et