Vaxt.Az

“Ölkəni pafoslu sözlərlə qorumurlar”


 

Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”

“Ölkəni pafoslu sözlərlə qorumurlar” “ABŞ -nın İrana qarşı döyüş əməliyyatlarını dayandırmaq üçün əsas tələbi 60 faiz zənginləşdirilən uran ehtiyatının Amerikaya təhvil verilməsindən ibarət olub”. VAXT.AZ xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bildirib.

Ə.Vəliyevin sözlərinə görə, İran bu tələbi gec ya tez qəbul edəcək: “Bəlkə də qəbul edib, əks halda ABŞ və İsrail aviazərbələri bərpa etməli idi. Yəqin ki, İran bu və digər, məsələn Hörmuz boğazının açılması  tələblərini qəbul etməsi ilə paralel ABŞ və İsrail  üzərində qələbəsini qeyd etməyə başlayacaq”.

“Əgər İran bu tələbləri vaxtında qəbul etsəydi, həm hərbi siyasi rəhbərliyini, HHQ, HDQ və HHM qoşunlarını, minlərlə hərbi infrastrukturunu, döyüş potensialının ən azı 60-70  faizini, darmadağın edilən 300 yüz milyard dollarlıq zavod, fabrik və digər vacib obyektlərini, ən əsası isə qonşu ölkələri ilə münasibətlərini və proksi qüvvələrini qoruya bilərdi”, – deyə ekspert vurğulayıb.

Ədalət Vəliyev qeyd edib ki, İran bütün bunları itirdikdən sonra müharibəyə səbəb olan nüvə proqramından tam və ya ən azı 20 il müddətinə imtina etməsi, bir daha göstərir ki, müharibələrdə nəticə klip çəkməklə əldə olunmur: “Ölkəni düşməndən qorumaq pafoslu bəyanatlarla olmur. Əsgər döyüş əməliyyatları teatrında zəifdirsə, ordu düşməni peşman edə bilmirsə, o zaman rəhbərlik bəyanatlarında ehtiyatlı olmalıdır. Generalitet də dilinə sahib çıxmalıdır”.

 





07.05.2026    çap et  çap et