Vaxt.Az

Avtobus zolaqlarında dəyişiklik


 

Çəkilən yeni xətlər nəyi ifadə edir?

Avtobus zolaqlarında dəyişiklik Bakının mərkəzi küçələrində tətbiq edilən yeni nişanlanma xətləri sürücülərin diqqətini çəkib.

VAXT.AZ xəbər verir ki, sözügedən xətlər əsasən avtobus zolaqları ilə digər hərəkət zolaqlarının kəsişdiyi hissələrdə çəkilib.

Bu cür nişanlanma xətlərinə sürücülər ilk dəfə rast gəldikləri üçün xətlərin nə ifadə etdiyi onlarda sual yaradıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən xətlər “1.11” nişanlanlanma xətləridir.

“Bu xətlənmə bir çox yollarda istifadə olunur. Bu nişanlanma xətti sürücüləri çaşdırmır. Bu xətlər ikinci zolaqdan gələn nəqliyyat vasitələrinin sağa dönməsi üçün sağ zolağa keçməsinə icazə verir”, – deyə məlumatda vurğulanıb.

 





07.05.2026    çap et  çap et