İspaniya yığmasının kapitanı İker Kasilyas Çili ilə oyundan sonra azarkeşlərdən üzr istəyib. İ.Kasilyas yaranmış vəziyyətdən çıxacaqlarına inandığını söyləyib:«Xalqdan üzr istəyirəm. Bu oyunda əlimizdən gələni etdik, amma alınmadı. Çox məyusuq. Faciəni qəbul etmək məcburiyyətindəyik».
İ.Kasilyas yığma karyerası ilə bağlı suala isə konkret cavab verməyib.
çap et