“İran Hizbullahı”nın baş katibi və “Hizbullah” qəzetinin məsul şəxsi Məhəmmədbağır Xərəzi “Virasty” sosial şəbəkəsində paylaşdığı mesajda Abbas Araqçını Əli Xameneyinin ölümündə rol oynamaqda ittiham edib.VAXT.AZ xəbər verir ki, Xərəzi bu paylaşımında Abbas Araqçı barədə “tamamilə şübhəli adamdır” yazıb. O bildirib ki, onun Abbas Araqçı “şəhid lider”lə görüşündən sonra İran rəhbərinin olduğu məkan bombardman olunub. O həmçinin Araqçının hazırkı İran rəhbəri ilə görüşmək üçün təkidlə israr etdiyini bildirib və iddia edib ki, Müctəba Xameneyi bu görüşə razılıq verməyib.
Hakimiyyətin sərt xətt tərəfdarlarından olan bu şəxs Araqçını
çıxışı və yazılarında Donald Trampla İsrail arasında fərq qoymağa çalışmaqda və
ABŞ-nin müharibədə iştirakını nəzərə almamaqda ittiham edib.

Xərəzi daha sonra təhdidedici tonda, “Allaha and olsun, əgər
hazırkı danışıqlar Bərcam (Nüvə Sazişi) kimi təslimiyyətə çevrilsə, küçə
etirazlarının yaradılmasında və Xarici İşlər Nazirliyi ilə Məsud Pezeşkian
hökumətinin dağıdılmasında bir an belə tərəddüd etməyəcəyik”, – yazıb.
Bu açıqlamalar Tehranla Vaşinqton arasında mümkün danışıqların, həftələrlə davam edən hərbi gərginlik və körfəzindəki qarşıdurmalardan sonra İran daxilində əsas fikir ayrılığı mövzularından birinə çevrildiyi bir vaxtda səsləndirilib. Sərt xətt tərəfdarlarının bir hissəsi hər hansı mümkün razılaşmanı geri çəkilmə kimi qiymətləndirir və eyni zamanda Məsud Pezeşkian hökumətinin diplomatik komandasına qarşı təzyiqləri artırır.
Qeyd edək ki, Məsud Pezeşkian iddia edib ki, Müctəba Xameneyi ilə birbaşa görüşüb və danışıb. Amma bu görüşlə bağlı hər hansı görüntü paylaşmayıb.
çap et