Vaxt.Az

İŞİD-lə İraq ordusu arasında şiddətli döyüş


 

İraq ordusu Beyci şəhərində neftayırma zavoduna aviazərbələr endirib

İŞİD-lə İraq ordusu arasında şiddətli döyüş İraqda könüllü dəstələr formalaşdırılır. ANS TV nin məlumatına görə, şəhərətrafı bölgələrdə silahlıların hücum edəcəyi ehtimalı ilə əlaqədar vəziyyət gərgin olaraq qalır.


Zorakılıqlar fonunda Beyci şəhərində neftayırma zavodunda yanğın baş verib. Həvəskar çəkiliş zamanı zavodun İraq hərbi hava qüvvələrinin aviazərbələri nəticəsində yandığı qeyd olunur.

Telafer şəhərində zorakılıqlardan qaçan türkmən sakinlərinin sayı 150 mini keçib. Bir qədər əvvəl hökumət qüvvələri şəhərdə nəzarətin bərpa olunduğunu açıqlasalar da, gərgin vəziyyət insanların təlaşını yatırmayıb. «Vallah, ölməkdən qorxduq, qardaş. Üstümüzə bomba düşə biləcəyindən qorxduq. Ona görə də şəhəri tərk edirik» - deyə türkmən sürücü qeyd edib.

Almaniya kansleri Angela Merkel gərgin vəziyyətə görə Amerika hökumətinin xüsusi məsuliyyət daşıdığını bildirib. Merkel, Almaniya hökumətinin də İraqdakı siyasi vəziyyətin stabilləşməsində əlindən gələni edəcəyini qeyd edib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron isə, ölkə parlamentində vəziyyəti şərh edərkən bildirib ki, İraqdakı zorakılıqların bizə heç bir aidiyyəti olmadığını düşünənlərlə qətiyyən razı deyiləm. Əlbəttə ki, aidiyyəti var. Oradakı rejim qüvvələri, eyni zamanda, Böyük Britaniyaya hücum etməyi planlaşdırır. «Ona görə də, müdaxilə etmək məsələsində səbrli, düşüncəli və uzaqgörən şəkildə davranmalıyıq».

Kemeron İraq hökumətini şiə və kürd məsələlərinə daha çox diqqət yetirməyə və tərəflər arasında fərq qoymamağa çağırıb.

İraq hökuməti Amerika Birləşmiş Ştatlarına İŞİD silahlılarına hərbi müdaxilə etməsi üçün rəsmi müraciət edib. Bu barədə ölkənin xarici işlər naziri Xoşyar Zəbari ölkədəki gərgin vəziyyətlə əlaqədar ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə Zəbari İraqı parçalamağa çalışan qüvvələrə qarşı mübarizədə ərəb ölkələrinin dəstək göstərməsini istəyib. «Əlbəttə, hökumətin əsas prioriteti strateji mövqelərə qarşı edilən hücumların qarşısını almaq və əks-hücum etmək üçün vaxt qazanmaqdan ibarətdir». Hökumət silahlıların mövqelərinə aviazərbələr endirməsi üçün Amerika Birləşmiş Ştatlarına müraciət edib. Bu, müraciət İraqla Amerika arasında əldə olunan strateji əməkdaşlıq razılaşmasına əsasən edilib.

Zəbari etiraf edib ki, hərbi əməliyyatlar məsələnin yeganə həll yolu deyil. Onun sözlərinə görə, hökumət daha radikal və siyasi qərarlar qəbul etməklə problemlərin həllinə çalışmalıdır.

Ölkənin müdafiə naziri Çak Heyqelin açıqlamalarından belə aydın olur ki, İraqa hərbi müdaxilə etməyəcək. «Biz İraq üçün əlimizdən gələni etmişik. Ölkədəki zorakılıqların qarşısını almaq məsuliyyəti İraq xalqının üzərinə düşür. İraqlılar özləri öz ölkələrini idarə etmək istəyirdilər. Buna görə Amerikanı günahlandırmaq doğru deyil. İraq hökuməti heç bir zaman sünni, şiə və kürdləri bir araya gətirə bilməyib».

ABŞ dövlət departamentinin mətbuat katibi Cen Saki Amerika hökumətinin məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində münasibət göstərəcəyini bildirib, «ABŞ rəhbərliyi İraqa quru qoşunları göndərməyəcək. İraq hökuməti Vaşinqtona radikal qruplaşmalarla mübarizədə yardım üçün müraciət edərək, ABŞ-dan İŞİD qruplaşmasının mövqelərinə aviazərbələr endirməyi xahiş edib.»

Ağ Evin rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatların birbaşa hərbi əməliyyatlarda iştirakı İraqın problemlərini həll etməyəcək. İraqdakı vəziyyətə görə məsuliyyəti ABŞ-ın üzərinə yıxmaq lazım deyil, çünki İraqın hazırkı hökuməti öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və sünnilərlə və kürdlərlə əməkdaşlıq etməyib.

 





19.06.2014    çap et  çap et