Vaxt.Az

İsrail Livanın cənubunu vurdu


 

1 nəfər mülki vətəndaş həlak oldu

İsrail Livanın cənubunu vurdu İsrail ordusu atəşkəs rejiminə baxmayaraq Livanın cənubunda yeni hava hücumları həyata keçirib. Yerli mənbələrin məlumatına görə, hücum zamanı 1 mülki müdafiə əməkdaşı həlak olub.

VAXT.AZ xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata əsasən, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) ölkənin cənub-şərqində yerləşən Kefr Şuba–Kefr Hammam bölgələri arasında hərəkət edən bir avtomobili hədəfə alıb. Nəticədə mülki müdafiə işçisi Hafiz Yəhya həlak olub.

Bundan əlavə, İsrail hərbi aviasiyasının Cüməycimə bölgəsinə də hava zərbələri endirdiyi bildirilir.

İsrail və Livan arasında aprelin 17-də qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, sərhəd bölgələrində gərginlik davam edir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, mart ayından bu yana İsrail hücumlarında 2700-dən çox insan həlak olub.

“Hizbullah” qüvvələri də İsrail ordusunun atəşkəsi pozduğunu iddia edərək bəzi hərbi mövqelərə cavab zərbələri endirir.

 





08.05.2026    çap et  çap et