Havaların istilənməsi və yaya fəslinin yaxınlaşması ilə dəniz çimərlik mövsümünün açılışınasına sayılı günlər qalıb. Bu səbəbdən insanların dəniz sahilində Günəş şüalarından qorunması məsələsi önə çıxır. Bunun üçün isə günəş kremlərində olan çeşidlilik insanları düşündürü. Bunlardan hansıları daha yaxşı qoruyur. Bəzən insanlar bahalıdırsa, deməli yaxşıdır məntiqinə varır. Amma heç də həmişə elə olmur.Avropada istehlakçı təşkilatı “Stiftung Warentest” tərəfindən 26 günəş kremi üzərində aparılan geniş test nəticələri bu mənada diqqət çəkib. Test nəticələrinə görə, məhsulların yalnız bir hissəsi “çox yaxşı” qiymət alıb, bir qismi isə qoruma səviyyəsini təmin etmədiyi üçün uğursuz sayılıb.
Testdə xüsusilə maraqlı məqam ondan ibarətdir ki, ən yaxşı nəticə göstərən məhsulların bir çoxu ucuz supermarket və kosmetika şəbəkələrinə məxsus markalar olub. Almaniya və Avropada geniş yayılmış bəzi supermarket şəbəkələrin məhsulları yüksək nəticə göstərib. Məsələn, “drogerie markt” (qısacası “dm”) mağazalarında satılan “Sundance” markalı günəş südü və “Lidl” supermarketlər şəbəkəsinin “Cien Sun” məhsulu həm ucuz qiymət, həm də yüksək qoruma səviyyəsi ilə ön plana çıxıb.
Bu tip məhsullar Avropada geniş yayılmış pərakəndə şəbəkələrdə satılır və oxşar konseptli mağazalar Azərbaycanda da tanınır. Xüsusilə Bakıda fəaliyyət göstərən “ROSSMANN” kosmetika şəbəkəsi Avropadakı “dm” və “Rossmann” modelinə yaxın formatda işləyir və burada da “Nivea”, “Eucerin”, “La Roche-Posay”, “Garnier” kimi beynəlxalq markalarla yanaşı daha büdcəyə uyğun Avropa istehsalı məhsullar da satılır. Bu, istehlakçıların həm premium, həm də əlçatan qiymətli alternativlərə eyni məkanda çıxışını təmin edir.
Test nəticələrinə görə, “Aldi”, “Nivea Sun”, “Eucerin”, “La Roche-Posay” və “Avène” kimi markalar da yaxşı nəticə göstərən məhsullar arasında yer alıb.
Bununla yanaşı, 7 məhsul testdən keçə bilməyib. Bu məhsulların bəzisi SPF göstəricisini real şəkildə təmin etməyib və gözləniləndən daha zəif qoruma göstərib. Ən diqqətçəkən məqam isə testdəki ən bahalı 3 məhsulun da uğursuz nəticə alması olub.
Xüsusilə “Sol de Janeiro Rio Radiance Body Spray” məhsulunda problemli maddə hesab edilən benzofenonun yüksək səviyyədə aşkarlanması ciddi müzakirə doğurub. Benzofenonun potensial kanserogen risk daşıdığı və hormon sisteminə təsir göstərə biləcəyi əvvəlki elmi araşdırmalarda da qeyd olunub.
“Rossmann” şəbəkəsinə aid iki məhsul da testdə uğursuz nəticə göstərib. “Sunozon” markalı günəş südü və şəffaf sprey “SPF 50” olmasına baxmayaraq, gözlənilən UVB (Ultrabənövşəyi B şüaları) və UVA (Ultrabənövşəyi A şüaları) qorumasını təmin etməyib.
Mütəxəssislər bildirir ki, istehlakçılar seçim edərkən yalnız qiymətə deyil, real test nəticələrinə və məhsulun tərkibinə də diqqət yetirməlidir. Avropa bazarında məhsul formulalarının tez-tez dəyişməsi səbəbindən əvvəlki test nəticələri həmişə aktual keyfiyyət göstəricisi sayılmır.
Ümumilikdə nəticələr göstərir ki, Avropada yüksək qiymət həmişə yüksək keyfiyyət demək deyil və əlçatan kosmetika məhsulları bir çox hallarda daha stabil nəticə verir.
çap et