Rusiyada idman və hündürdaban ayaqqabılar qadağan edilə bilər. Belə bir qərarın Gömrük İttifaqının texniki reqlamentində edilən düzəlişlərlə əlaqədar qəbul edilməsi gözlənilir. Yastıdaban idman və hündürdaban ayaqqabıların qadağan edilməsi ilə bağlı sorğu Dövlət Dumasından Avrasiya İqtisadi Komissiyasının rəhbəri Viktor Xristenkaya göndərilib.
Qadağaya səbəb kimi isə ortopedik təhlükəsizlik göstərilir və siyahıya «baletka», ked tipli idman ayaqqabıları və hündürdabanların salınacağı deyilir.
çap et