Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Sünik bölgəsinə səfəri zamanı Qarabağla bağlı 1988-ci ildə başlayan hərəkatı “fəlakətli səhv” adlandırıb.VAXT.AZ Erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağın ölkəyə birləşdirilməsi istiqamətində başlatdığı siyasi proseslər dövlətin inkişafına mane olan əsas amillərdən birinə çevrilib. O bildirib ki, həmin dövrlə bağlı siyasi qərarlar və yanaşmalar uzun illər Ermənistanın daxili və xarici siyasətini məhdudlaşdırıb.
“Qarabağ hərəkatının bizim üçün fəlakətli səhv olduğunu qeyd etməliyik”, – Paşinyan deyib.
Baş nazir eyni zamanda ərazi itkiləri ilə bağlı ittihamları da rədd edib. Onun sözlərinə görə, Ermənistan heç vaxt həmin əraziləri faktiki olaraq itirməyib, çünki bu ərazilər beynəlxalq hüquq baxımından Ermənistana məxsus olmayıb. Söhbət Dağlıq Qarabağ və ətraf rayonlardan gedir ki, 2020-ci illərdə baş verən hərbi əməliyyatlar və daha sonra 2023-cü ildəki proseslər nəticəsində Azərbaycan tam şəkildə ərazi bütövlüyünü bərpa edib.
çap et