Vaxt.Az

İran tankeri blokadanı keçdi


 

Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb

İran tankeri blokadanı keçdi İranın mayeləşdirilmiş qaz (LNG) daşıyan tanker ABŞ Hərbi Dəniz Qüvvələrinin elan etdiyi blokada xəttini keçərək Ərəb dənizinə daxil olub.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, gəmi izləmə məlumatlarına əsasən, “Tara Gas” adlı tanker dünən gecə saatlarında Ras əl Hədd bölgəsindən keçərək ABŞ tərəfindən müəyyən edilmiş rəsmi sərhədi blokada sərhədini və cənub-şərq istiqamətində hərəkətini davam etdirib.

Məlumata görə, tanker əvvəllər də İran yüklərinin daşınmasında istifadə olunub.

ABŞ İranın Hörmüz boğazı üzərində nəzarətini gücləndirməsinə cavab olaraq ötən ay bölgədə dəniz blokadası tətbiq etdiyini açıqlamışdı.

Buna baxmayaraq, “Tara Gas”ın blokada xəttini keçməsi Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərin effektivliyi ilə bağlı suallar yaradıb.

Müşahidəçilər bildirirlər ki, ABŞ hərbi gəmiləri bəzi hallarda blokada xəttindən xeyli uzaqda yerləşən gəmiləri də yoxlayır. Bununla belə, sözügedən sərhəd gəmi sahibləri və kapitanlar üçün əsas oriyentir olaraq qalır.

Ekspertlərin fikrincə, ən azı bir tankerin bu xətti maneəsiz keçməsi İranla bağlı enerji daşımalarının tamamilə dayandırılmadığını göstərir.

 





13.05.2026    çap et  çap et