Vaxt.Az

Səudiyyə Ərəbistanının İranı vurub?


 

Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb

Səudiyyə Ərəbistanının İranı vurub? Səudiyyə Ərəbistanının son regional gərginlik dövründə Iran ərazisində bəzi hədəflərə gizli hava zərbələri endirdiyi iddia olunur.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, əməliyyatlar regionda Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara cavab xarakteri daşıyıb. Məlumata görə, sözügedən zərbələr İran daxilində bir neçə hərbi və strateji hədəfi əhatə edən gizli əməliyyatlar formasında həyata keçirilib.

Hesabatda əməliyyatların detalları tam açıqlanmasa da, onların yüksək dəqiqlikli hava hücumları və kəşfiyyat məlumatlarına əsaslanan koordinasiyalı hərbi fəaliyyət olduğu qeyd edilir. İddialara görə, bu proses regionda artan qarşıdurma fonunda bir neçə mərhələdə icra olunub.

Məlumatda həmçinin qeyd olunur ki, bu cür əməliyyatlar rəsmi şəkildə təsdiqlənməyib və tərəflər tərəfindən ictimai açıqlama verilməyib. Buna görə də hadisə beynəlxalq mediada “gizli əməliyyat” kimi qiymətləndirilir.

Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” da Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı oxşar xarakterli gizli hava əməliyyatlarında iştirak etdiyini iddia edən materiallar dərc etmişdi.

Hazırda bu iddialarla bağlı nə Ər-Riyad, nə də Tehran tərəfindən rəsmi təsdiq və ya təkzib verilməyib.

 





13.05.2026    çap et  çap et