Vaxt.Az

Neft qiymətləri yüksəlişdə


 

Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır

Neft qiymətləri yüksəlişdə Neft qiymətləri Hörmüz boğazının faktiki olaraq bağlı qalması və müharibəni dayandırmağa yönəlmiş təşəbbüslərlə bağlı qeyri-müəyyənliyin davam etməsi ilə əlaqədar həftəni yüksəlişlə başa vurmağa hazırlaşır. Qlobal bazarları sarsıdan təchizat fasilələrinin təsirinin yaxın dövrdə də davam edəcəyi gözlənilir.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki. “Brent” markalı neftin qiyməti 107 dollara yaxınlaşıb, daha ətraflı desək, həftəlik müqavilələr yeddi gündə təxminən 6 faiz bahalaşıb. ABŞ-ın yüngül xam nefti – “WTI” isə 102 dolları ötüb.

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə telefon danışığından sonra “Fox News” telekanalına verdiyi müsahibədə Hörmüz boğazının açıq qalmasına ehtiyac duymadığını bildirib.

Tramp həmçinin qeyd edib ki, Si Cinpin müharibənin başa çatmasını istəyir və ABŞ-dan daha çox neft alınması ideyasına müsbət yanaşır.

Tramp və Si Cinpinin bu gün yenidən görüşməsi planlaşdırılır. Ağ Evin rəsmisi bildirib ki, liderlər dünən keçirilən danışıq zamanı İran müharibəsi və Hörmüz boğazı böhranını müzakirə ediblər. Çin tərəfinin rəsmi açıqlamasında enerji məsələsinə toxunulmasa da, Yaxın Şərq mövzusunun gündəmə gəldiyi qeyd olunub.

 





15.05.2026    çap et  çap et