NATO-nun Hörmüz boğazının iyulun əvvəlinə qədər yenidən açılmaması halında ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə müdaxilə imkanını qiymətləndirdiyi bildirilir.
VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, məsələyə yaxın olan NATO-nun yüksək vəzifəli rəsmisi alyans daxilində bu ideyanı dəstəkləyən ölkələrin olduğunu, lakin hələlik tam razılığın əldə olunmadığını bildirib. NATO liderlərinin iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə məsələni müzakirə edəcəyi gözlənilir.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç mümkün missiya ilə bağlı suala cavabında, – “Əvvəl siyasi qərar qəbul edilir, daha sonra rəsmi planlaşdırma aparılır. Mən bunu nəzərdən keçirirəmmi? Tamamilə”, – deyib.
İndiyədək alyans üzvləri Hörmüz boğazında yalnız hərbi toqquşmalar başa çatdıqdan sonra və NATO üzvü olmayan ölkələrin də daxil olduğu geniş koalisiyanın yaradılması halında rol oynamağın mümkün olduğunu bildirirdilər.
Lakin enerji qiymətlərində artım və qlobal iqtisadi artım gözləntilərinin zəifləməsi fonunda NATO daxilində daha aktiv addımların müzakirə olunduğu qeyd edilir.
Bununla yanaşı, NATO ölkələrinin ticarət gəmilərinin təhlükəsiz keçidini konkret olaraq necə təmin edəcəyi hələ aydın deyil.
Xatırladılır ki, ABŞ-nin qısa müddət əvvəl başladığı oxşar təşəbbüs güclü hərbi imkanlara baxmayaraq, bir neçə gün ərzində dayandırılmışdı.
çap et