Vaxt.Az

Bakıdan Tiflisə qatar düz gedəcək


 

Marşrutun qrafiki və dayanacaqları bəlli oldu

Bakıdan Tiflisə qatar düz gedəcək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətindən arasında əldə olunmuş razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, əks tərəfdən isə saat 21:00-da yola düşməklə növbəti gün saat 06:24-də Bakıya çatacaq.

VAXT.AZ xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.

Bakı-Tiflis-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək.

Məlumat görə, qatarda yataq tipli vaqonlar və restoran var.

Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.

Xatırladaq ki, Bakı-Tiflis-Bakı qatar reysləri ilə sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək.




 





20.05.2026    çap et  çap et