Vaxt.Az

“Müalicəyə gedə bilmirəm”


 

Xalq artistinin səhhətində problem yaranıb

“Müalicəyə gedə bilmirəm” “Pulum yoxdur ki, gedim Türkiyədə müalicə olunum”. Bu sözləri Lent.az-a xalq artisti Yalçın Rzazadə səhhətindəki problemlərdən danışarkən deyib.“Ürək ağrılarından əziyyət çəkirəm. Hətta bir neçə il bundan öncə Türkiyədə ürəyimdən əməliyyat olunmuşam. Hər ilin may ayında Türkiyəyə gedib, müayinədən keçirəm. Amma bu il gedə bilməmişəm. Getmək üçün maddi imkan olmalıdır. O da məndə yoxdur. Müalicə kursumun da vaxtı gecikir. İndi bilmirəm necə olacaq”, - deyə o əlavə edib.
 





20.06.2013    çap et  çap et