Vaxt.Az

7-ci təyyarə Ciddəyə uçdu


 

Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü

7-ci təyyarə Ciddəyə uçdu Azərbaycanlı zəvvarların sonuncu qrupu həcc ziyarətinə yola düşüb.

VAXT.AZ xəbər verir ki, 130 zəvvarın olduğu sonuncu – 7-ci təyyarə bu gün saat 06:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanının Ciddə şəhəri istiqamətində havalanıb.

Bildirək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 dolları (10370 manat) müəyyən olunub.

Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

 





21.05.2026    çap et  çap et