Vaxt.Az

Balakişi Qasımov yenidən İTV-də


 

Baş direktor 3-cü dəfə yekdilliklə seçildi

Balakişi Qasımov yenidən İTV-də Bu gün Audiovizual Şurada İctimai TV (İTV) və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

VAXT.AZ xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov növbəti dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb. Onlardan biri səsvermə zamanı öz namizədliyini geri çəkib.

Qeyd edək ki, Balakişi Qasımov 2018-ci ildən İTV-nin baş direktorudur.

Xatırladaq ki, İTV-nin baş direktor vəzifəsi Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

 





25.05.2026    çap et  çap et