ABŞ-nin İrana qarşı yeni hücumlar həyata keçirdiyinə dair məlumatlar neft bazarında qiymətlərin yenidən yüksəlməsinə səbəb olub. Asiya sessiyasının erkən saatlarında həm “Brent”, həm də “Qərbi Texas Nefti”nin (West Texas Intermediate – “WTI”) qiymətində artım qeydə alınıb.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı mümkün razılaşmaya dair ümidlərin zəifləməsi bazarlarda narahatlığı artırıb. Bu isə investorların enerji bazarındakı riskləri yenidən qiymətləndirməsinə gətirib çıxarıb.
İyul fyuçersləri üzrə “Brent”in təxminən 2% bahalaşaraq 97,84 dollara yüksəlib.
Eyni zamanda “WTI” markalı xam neft fyuçersləri də 1,2% artaraq 91,40 dollar olub. ABŞ-də rəsmi tətil səbəbindən “WTI” fyuçersləri bazar ertəsi bağlanış etməyib.
Qeyd edək ki, dünən səhər dünya bazarında neftin qiyməti təxminən 3% ucuzlaşmışdı. Analitiklər hesab edir ki, Yaxın Şərqdə artan gərginlik enerji bazarında qiymət dəyişkənliyini daha da gücləndirə bilər.
çap et