İspaniya polisi baş nazir Pedro Sançezin müttəfiqləri ilə bağlı korrupsiya araşdırması çərçivəsində hakim “İspaniya Sosialist Fəhlə Partiyası”nın (PSOE) mərkəzi qərargahında axtarış aparıb.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, əməliyyat mümkün qanunsuz ödəniş sxemi ilə bağlı məlumat toplamaq məqsədi daşıyır.
İspaniya Vətəndaş Qvardiyasının nümayəndəsi “Reuters” agentliyinə açıqlamasında polis əməkdaşlarının hakim partiyanın binasında əməliyyat keçirdiyini təsdiqləyib.
Bununla belə, istintaqın məxfi aparıldığını bildirən qurum detalları açıqlamayıb.
İspaniya mətbuatı yazır ki, istintaq Pedro Sançes hökumətinə yaxın bəzi şəxslərin dövlət müqavilələri və maliyyə əməliyyatları ilə əlaqələrini araşdırır. Son aylarda hökumət daxilində korrupsiya iddiaları ölkənin siyasi gündəmini ciddi şəkildə gərginləşdirib.
Müxalifət partiyaları hadisəni hakimiyyət üçün ağır reputasiya zərbəsi adlandırarkən, PSOE rəhbərliyi istintaqla əməkdaşlıq etdiyini və hüquqi prosesə hörmətlə yanaşdığını bildirib.
çap et