İdarənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müəllimlər nəticələr ilə saytda yaradılacaq bölməyə iş nömrəsi, məktəb kodu və doğum illərini yazmaqla tanış ola biləcəklər: «Sınaq qiymətləndirilməsində iştirak edən bir qism müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib».
Qeyd edək ki, hazırda nəticələrin emalı prosesi yekunlaşıb və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur.