Orxan Zeynalovun müdafiəsi ilə məşğul olan vəkillər isə istintaqın doğru aparılmadığını və hadisənin səbəblərini tam araşdırmadan Orxan Zeynalovun ağır cinayətdə ittiham olunduğunu deyirlər.
Vəkil Viktor Annikuşkin bildirib ki, məhkəmə zamanı bildirib ki, istintaq zamanı hadisənin hansı səbəbdən törədildiyi tam araşdırılmayıb.
Halbuki hadisə şahidi Kseniya Popova da tərəflər arasında bir münaqişə olduğunu deyir. Alınan məlumatlara görə, bu hadisə milli ədavət zəminində baş verib. Yeqor Şerbakov Orxan Zeynalovu milli zəmində təhqir edib. Zeynalov isə Qafqazlı olduğu üçün belə təhqirləri sakit qarşılaya bilməzdi. Bütün bu faktlar diqqətə alınmalıdır», - deyə vəkil vurğulayıb.
Vəkillər O.Zeynalovun 1 aydan uzun müddətdir ki, ağır rejimli kamerada karserdə tutulduğunu, ancaq bunun səbəbini bilmədiklərini deyiblər.
Qeyd edək ki, Orxan Zeynalov ötən ilin oktyabrında Rusiya vətəndaşı Yeqor Şerbakovu 20 bıçaq zərbəsilə öldürməkdə təqsirləndirilir. Həmin vaxt qafqazlı qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi Qərbi Biryulevo rayonunda yerləşən «Biryuza» ticarət mərkəzi və «Pokrov» meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan miqrantları döymüşüdülər. Hadisədən sonra bazarlar bağlanıb, xeyli sayda miqrant isə ölkədən çıxarılıb.