“S.C.U. Torreense” Portuqaliya futbolunda tarixi uğura imza atsa da, yüksək liqaya yüksələ bilməyib. Klub növbəti mövsümdə II Liqa təmsilçisi kimi UEFA-nın Avropa Liqasında çıxış edəcək.Portuqaliya pley-off finalının cavab oyununda “Casa Pia A.C”ya məğlub olan “Torreense” elitaya yüksəlmək şansını itirib. İlk oyun qolsuz başa çatmışdı.
Buna baxmayaraq, klub artıq Avropa Liqasına vəsiqəni təmin edib. “Torreense” daha əvvəl “Taça de Portugal” finalında “Sporting CP”ni əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə ölkə kubokunu qazanmışdı.
109 illik klub tarixində ilk belə uğura imza atan komanda bununla Avropa Liqasına birbaşa vəsiqə əldə edib.
Ev oyunlarını başqa stadionda keçirəcək
BBC-nin məlumatına görə, “Torreensenin” stadionu cəmi 2500 tamaşaçı tutumuna malikdir. UEFA tələblərinə uyğun olmadığı üçün klub Avropa Liqasındakı ev oyunlarını başqa arenada keçirməli olacaq.
Komandaya hazırda baş məşqçi Luis Tralhao rəhbərlik edir.
Daha əvvəl də nümunələr olub
Məlumata görə, bundan əvvəl də bir sıra aşağı liqa komandaları Avropa turnirlərində iştirak edib. Bunlar arasında “Birmingham City F.C.”, “Wigan Athletic F.C.”, “Ipswich Town F.C.”, “FC Zürich” və “FC Vaduz” kimi klublar yer alır.
Həmçinin “Vestri” də İslandiya Kubokunu qazandığı üçün gələn mövsüm Avropa Liqasında iştirak edəcək. Lakin İslandiya təmsilçisi turnirə ilk təsnifat mərhələsindən başlayacaq.
çap et