ANS PRESS-in məlumatına görə, Saakyan deyib: «Hökuməti söymək əvəzinə, qoy gedib damarlarında axan erməni qanının təmizliyini yoxlasınlar».
Spiker bu zaman parlamentdəki müxalif dördlüyün («Çiçəklənən Ermənistan», «İrs», «Daşnaksutyun» və Erməni milli konqressi partiyalarının) pensiyalar haqqqında qanun layihəsinin müzakirəsindən imtina etməsini şərh edib.
«Onlar yalnız dövləti söyə bilərlər, mən dövləti söyənlərin erməni olmasına şübhə edirəm»,- deyə Saakyan vurğulayıb.