Vaxt.Az

ABŞ daha bir gəmini vurdu


 

Oman körfəzində gərginlik

ABŞ daha bir gəmini vurdu Oman körfəzində “M/V Lian Star” adlı ticarət gəmisi vurulub.

VAXT.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq etdiyi blokadanı pozduğu müəyyən etdiyi Qambiya bayrağı altında üzən “M/V Lian Star” gəmisinin döyüş təyyarəsindən buraxılan raketlə vurularaq hərəkətsiz vəziyyətə salınıb.

ABŞ qüvvələrinin Hörmüz boğazı ətrafındakı İran limanlarına qarşı tətbiq etdiyi blokada davam etdiyi bir vaxtda Oman körfəzində üzən ticarət gəmisinin İran limanlarına doğru hərəkət etdiyini müəyyən etdiyini açıqlayıb. CENTCOM-un məlumatına görə, gəmiyə marşrutunu dəyişməsi üçün 20-dən çox xəbərdarlıq siqnalı göndərilib, lakin bu xəbərdarlıqlara əməl olunmayıb.

Bunun ardınca gəmiyə müdaxilə edildiyi və ABŞ-yə məxsus döyüş təyyarəsinin gəminin maşın hissəsinin “AGM-114 Hellfire” tipli idarəolunan raketlə vurduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, həyata keçirilən əməliyyat nəticəsində gəminin hərəkət qabiliyyəti sıradan çıxarılıb və hərəkəti dayandırlıb.

ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi blokada çərçivəsində indiyədək 5 ticarət gəmisi vurularaq hərəkətsiz vəziyyətə salınıb, 116 gəmi isə marşrutunu dəyişməyə məcbur olub.

 





31.05.2026    çap et  çap et