Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Rusiya Federasiyasında daha bir medal təqdim edilib. Budəfəki mükafat onun Ukrayna müharibəsindəki (Rusiya hökuməti SVO adlandırır) fəaliyyətə töhfəsi ilə əsaslandırılıb.VAXT.AZ Rusiya “Telegram” kanalalrına istinadən xəbər verir ki, mükafatlandırma barədə açıqlama Çeçenistan Respublikası hökumət sədrinin müavini Əhməd Dudayev tərəfindən verilib. O bildirib ki, medal “Adam Kadırovun təhlükəsizliyin təmin olunması və SVO-ya dəstək sahəsində töhfəsinin tanınmasıdır”.
Məlumat Rusiyanın “Rosqvardiya” strukturları ilə əlaqəli tədbirlər fonunda açıqlanıb.
Ramzan Kadırov özünün “Telegram” kanalında “Rosqvardiya” əməkdaşlarının mükafatlandırılması ilə bağlı paylaşım etsə də, oğluna verilən medaldan birbaşa bəhs etməyib.
Onun paylaşımında, “Başdan bəri döyüşçülərimizin yanında Çeçenistan rəhbərinin köməkçisi, Təhlükəsizlik Şurasının katibi Adam Kadırov olub. O, onlara hərtərəfli dəstək göstərib və yarışlarda əldə olunan yüksək nəticələr münasibətilə təbrik edib”, – deyə qeyd olunur.
Məlumata görə, Adam Kadırov son illərdə müxtəlif dövlət və regional mükafatlarla təltif olunub və hazırda onun təxminən 20 orden və medalı olduğu iddia edilir.
Onun mükafatlandırılmalarının əsas hissəsinin 2023-cü ildə Qroznı istintaq təcridxanasında Nikita Juravel adlı şəxslə bağlı insidentdən sonra artdığı bildirilir. Həmin şəxs Qurani-Kərimin yandırılması ittihamı ilə 14 il azadlıqdan məhrum edilib və “dövlətə xəyanət” maddəsi ilə də mühakimə olunub.
çap et