Vaxt.Az

Türkiyə yığması açıqlandı


 

Montella 9 futbolçunu Dünya Çempionatı heyətindən çıxardı

Türkiyə yığması açıqlandı Türkiyə Milli Komandasının 2026 FİFA Dünya Çempionatına gedəcək yekun heyəti açıqlanıb. Baş məşqçi Vincenzo Montella tərəfindən müəyyən edilən 26 nəfərlik geniş siyahıdan 9 futbolçu çıxarılıb.

2026 Dünya Çempionatında D qrupunda ABŞ, Avstraliya və Paraqvayla qarşılaşacaq olan “Ay-ulduzlular”ın geniş heyətindən 9  futbolçu – Ərsin Dastanoğlu, Məhəmməd Şəngəzər, Əhmədcan Kaplan, Mustafa Əskihəllaç, Yusif Akçiçək, Ataqan Karazor, Dəmir Ege Tıknaz, Aral Şimşir və Yusif Sarı millinin Dünya Çempionatı heyətinə daxil edilməyib.

Türkiyə Futbol Federasiyanın açıqlamasında bildirilib ki, Məhəmməd Şəngəzər, Aral Şimşir və Dəmir Ege Tıknaz isə zədə ehtimalına qarşı “ehtiyat siyahı”da saxlanılacaq və komanda ilə birlikdə ABŞ-a yollanacaqlar.

Türkiyə millisinin 26 nəfərlik yekun heyəti aşağıdakılardır:

Qapıçılar: Altay Bayındır, Mərd Günok, Uğurcan Çakır.

Müdafiəçilər: Abdülkərim Bardakcı, Çağlar Söyüncü, Ərən Elmalı, Fərdi Kadıoğlu, Merih Dəmiral, Mərd Müldür, Ozan Kabak, Səməd Akaydın, Zəki Çelik.

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayəl Yüksək, Kaan Ayxan, Orkun Kökçü, Saleh Özcan.

Hücumçular: Arda Gülər, Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunis Akgün.

 





02.06.2026    çap et  çap et