Vaxt.Az

Neft bahalaşır


 

“Brent” 100 dollara yaxınlaşdı

Neft bahalaşır ABŞ və İran arasında danışıqlarla bağlı nikbinliyin azalması və Yaxın Şərqdə yenidən alovlanan qarşıdurmalar neft qiymətlərinin artımını sürətləndirib.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün (iyunun 3-də) keçirilən hərraclarda “Brent” markalı neftin bir barreli 97,5, ABŞ-nin “WTI” nefti isə 95,4 dollara qədər yüksəlib. Hər iki etalon marka ardıcıl üçüncü gündür bahalaşır.

Bazar iştirakçıları İsrail-Livan gərginliyinin davam etməsi, ABŞ-İran danışıqlarında irəliləyişin olmaması və Hörmüz boğazından enerji tədarükünün gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda riskləri yenidən qiymətləndirirlər.

“Reuters”in məlumatına görə, İranın region ölkələrinə raket hücumları və ABŞ qüvvələrinin İranın Keşm adasına zərbələri də bazarda narahatlığı artırıb. Bununla yanaşı, qlobal neft ehtiyatlarının yay mövsümü ərəfəsində kritik həddə yaxınlaşması qiymətlərə əlavə dəstək verir.

Analitiklər hesab edirlər ki, Vaşinqton və Tehran arasında fikir ayrılıqlarının davam etməsi neft axınlarının tam normallaşmasını gecikdirə bilər. Bu isə yaxın aylarda qiymətlər üzərində yuxarı istiqamətli təzyiqi qoruyacaq.

 





03.06.2026    çap et  çap et