Vaxt.Az

Tramp Türkiyəyə gəlir


 

ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək

Tramp Türkiyəyə gəlir ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyədə keçiriləcək NATO sammitində şəxsən iştirak edəcək. Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

VAXT.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Marko Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Prezident Trampın Dövlət Departamentinin 2027-ci maliyyə ili üçün büdcə tələbi və digər beynəlxalq məsələlərlə bağlı sualları cavablandırıb.

NATO sammitinə toxunan Rubio bildirib ki, prezident Tramp alyansın növbəti liderlər toplantısında şəxsən iştirak edəcək.

ABŞ dövlət katibinin sözlərinə görə, iyul ayında Ankarada keçiriləcək toplantı NATO tarixinin ən mühüm sammitlərindən biri ola bilər.

Rubio qeyd edib ki, sammit zamanı alyans daxilində aydınlaşdırılması və düzəldilməsi vacib olan bir sıra məsələlər müzakirə olunacaq. O, ABŞ-nin NATO-nun fəal üzvü olaraq qaldığını vurğulayıb və alyansın mühüm dəyişikliklərə ehtiyac duyduğunu bildirib.

Dövlət katibinin sözlərinə görə, həmin dəyişikliklər 7-8 iyul tarixlərində Ankara şəhərində keçiriləcək NATO sammitində əsas müzakirə mövzularından olacaq.

 





04.06.2026    çap et  çap et