Vaxt.Az
TEAS-dan yeni təşəbbüs
Azərbaycanla Aİ arasındakı münasibətlərin inkişafı müzakirədədir
İyunun 19-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel nümayəndəliyinin təşkilatçılığı ilə »Avropa İttifaqı-Azərbaycan münasibətləri» mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycanlı diplomatlar, NATO yanında nümayəndəliyinin təmsilçiləri, Belçikada təhsil alan, peşəkar fəaliyyətlə məşğul olan, eləcə də Avropa Parlamenti və digər Avropa qurumlarında təcrübə keçən 15-ə yaxın azərbaycanlı gənc və digər qonaqlar iştirak edirdi.
Tədbir Azərbaycan Avropa
Cəmiyyətinin Brüssel nümayəndəliyi rəhbəri Roman Hunanın aparıcılığı ilə
keçirilirdi. Azərbaycanın Belçika Krallığı, Lüksemburq Hersoqluğu və
Avropa İttifaqı yanındakı səfiri Fuad İsgəndərov və İslam Əməkdaşlıq
Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri, səfir Arif
Məmmədov Azərbaycanla Aİ arasındakı münasibətlərin inkişafının prioritetləri,
tarixçəsi və perspektivləri barədə çıxış etmişlər.
Çıxışları tədbir iştirakçılarının
sərbəst müzakirələri əvəz etdi.
20.06.2014 çap et