Vaxt.Az

Rusiyada aviabomba detonasiya etdi


 

Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var

Rusiyada aviabomba detonasiya etdi Rusiyanın Belqorod vilayətində yerləşən Belovskoye kəndi yaxınlığında güclü partlayış baş verib. Hadisənin səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

VAXT.AZ yerli “Pepel” nəşrinə istinadən xəbər verir ki, əvvəlcə partlayışın Rusiya aviasiyasına məxsus bombanın düşməsi nəticəsində baş verdiyini bildirsə də, sonradan hadisənin Ukrayna pilotsuz uçuş aparatının hücumundan sonra sursat anbarında baş vermiş detonasiya ilə əlaqəli ola biləcəyini qeyd edib. Bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Belqorod vilayətinin operativ qərargahının məlumatına görə, Belovskoye kəndində baş vermiş detonasiya partlayışı nəticəsində yaşayış evləri və inzibati bina zərər görüb. Beş qadın kontuziya alıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerindən qalxan böyük tüstü buludu əks olunub. Yerli sakinlər partlayış dalğasının şəhərin müxtəlif hissələrində hiss olunduğunu bildirirlər.

Hazırda Rusiya rəsmiləri partlayışın dəqiq səbəbi barədə ətraflı məlumat verməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

 





08.06.2026    çap et  çap et