Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkəyə ümumilikdə təxminən 1,2–1,5 trilyon dollar həcmində iqtisadi zərər vurub.VAXT.AZ xəbər verir ki, Kallas bu barədə Brüsseldə keçirilən açıqlamasında danışıb. Onun sözlərinə görə, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına, enerji gəlirlərinə və hərbi sənaye kompleksinə ciddi təzyiq göstərir.
Xanım diplomat vurğulayıb ki, Moskva Ukraynada müharibəni davam etdirdikcə, Avropa İttifaqı yeni sanksiya paketləri üzərində işi gücləndirir və Rusiyanın “kölgə donanması” kimi gəlir mənbələrini hədəf alır: “Putin pul, insan resursu və dinamika itirir. Bu da Rusiyanın mülki əhaliyə hücumlarını artırmasının səbəblərindən biridir”.
Aİ rəsmisi həmçinin bildirib ki, indiyədək tətbiq olunan sanksiyalar Rusiyanın iqtisadi imkanlarını ciddi şəkildə zəiflədib və bu proses mərhələli şəkildə davam edəcək.
Açıqlamada qeyd olunub ki, yeni sanksiya paketləri çərçivəsində 80-dən çox fiziki və hüquqi şəxs də siyahıya əlavə edilə bilər.
Qeyd edək ki, Aİ 2022-ci ildən bəri Rusiya Ukrayna müharibəsi fonunda ardıcıl sanksiya paketləri tətbiq edir və hazırda yeni məhdudlaşdırıcı tədbirlər üzərində iş aparılır.
çap et