ABŞ Federal Məhkəməsi yüksək ixtisaslı xarici işçilər üçün nəzərdə tutulan “H-1B” vizaları üzrə 100 min dollarlıq rüsumu ləğv edib. Qərarda qeyd olunub ki, bu rüsum qanunsuzdur və Konqres tərəfindən təsdiqlənməyib.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, sözügedən rüsum Donald Tramp administrasiyası tərəfindən tətbiq edilmişdi və məqsəd yüksək ixtisaslı xarici mütəxəssislərin ABŞ əmək bazarına girişini məhdudlaşdırmaq idi.
Lakin məhkəmə qərarında vurğulanıb ki, belə bir ödənişin tətbiqi yalnız qanunverici orqanın – Konqresin səlahiyyətinə aiddir və icra hakimiyyəti tərəfindən birtərəfli şəkildə müəyyən edilə bilməz.
Qərarın icrası nəticəsində “H-1B” vizası ilə bağlı əlavə 100 min dollarlıq ödəniş tələbi aradan qaldırılıb.
Qeyd edək ki, “H-1B” vizası ABŞ-da texnologiya, mühəndislik və digər yüksək ixtisas tələb edən sahələrdə xarici mütəxəssislərin işləməsinə imkan verən əsas iş vizası proqramlarından biridir.
çap et