Vaxt.Az

ABŞ helikopteri Hörmüzdə qəzaya uğradı


 

Ekipaj xilas edildi

ABŞ helikopteri Hörmüzdə qəzaya uğradı Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus “Boeing AH-64 Apache” helikopterinin qəzaya uğradığı bildirilir.

VAXT.AZ “The New York Times” (NYT) qəzetinə istinadən xəbər verir ki, helikopterdə olan iki nəfərlik heyət xilas edilib.

Hadisənin səbəbi isə hələlik dəqiq müəyyən olunmayıb. Mənbələr helikopterin İran tərəfindən vurulduğu, yoxsa texniki nasazlıq səbəbindən qəzaya uğraması barədə məlumat verməyib.

Hadisə ilə bağlı ABŞ administrasiyası – Ağ Ev, Dövlət Departamenti və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hələlik “Reuters”in sorğularına cavab verməyib.

Hazırda qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

 





09.06.2026    çap et  çap et