Vaxt.Az

FHN-çilər gecəni yatmayıb


 

Xilasedicilər uşağı, yanğınsöndürənlərsə bazarla yeməkxananı xilas edib

FHN-çilər gecəni yatmayıb Gəncənin Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.


Vaxt.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən xüsusi alət və avadanlıqlar vasitəsi ilə daxil olublar və giriş qapısını açıblar.

Nəzarətsiz qalmış uşaq yaxınlarına təhvil verilib.

***

Astara rayonundan 20 km aralıda yerləşən Pensər kəndində sahibi məlum olmayan, həftə bazar kimi fəaliyyət göstərən bazarın ərazisində ümumi sahəsi 8 kv.m olan dəmir köşkün içindəki satış malları yanıb. Yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb. Hadisə gecə saat 2-də sona çatdırılıb.

***

Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan yeməkxananın mətbəxinin 60  kv.m-lik lambir tavanı və 5 kv.m-dəki mətbəx əşyaları yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saat 6-da söndürülüb.

***

Bakının Yasamal rayonunda ümumi sahəsi 25 kv.m olan daş konstruksiyalı tikilinin içərisindəki yarımstansiyanın elektrik kabelləri və 3 ədəd elektrik sayğacları yanıb. Yanğınsöndürənlər yarımstansiya mühafizə edə biliblər. Yanğın saat 18:20-də tamamilə söndürülüb.

***

Ağcabədi rayon mərkəzindən 26 km aralı Qaradolaq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış dörd ton ot bağlamasının bir tonu yanmışdır. FHN əməkdaşları 3 ton bağlamanı yanmaqdan qurtarıblar. Saat 21-da alovun qarşısı tamamilə alınıb.

 





20.06.2014    çap et  çap et