Vaxt.Az

İran yenə hədələdi


 

SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı

İran yenə hədələdi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri” komandanı, briqada generalı İsmayıl Qaani bölgədə yeni təhlükəsizlik konsepsiyası ilə bağlı açıqlama verib.

VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, SEPAH generalının sözlərinə görə, Hörmüz boğazından Babül-Məndəbə, Fars körfəzindən Qırmızı dənizə qədər uzanan xətt müqavimət cəbhəsinin yeni təhlükəsizlik zolağı olacaq.

Qaani sosial şəbəkə hesabında yaydığı mesajda ABŞ və İsrailin bölgədəki hücumlarına qarşı müqavimət cəbhəsinin birgə cavab verəcəyini qeyd edib.

Qaani xüsusilə Yəməndəki husilərin İsrailə son hücumlarına diqqət çəkərək, Hörmüz boğazı, Babül-Məndəb, Fars körfəzi və Qırmızı dənizi əhatə edən xəttin yeni təhlükəsizlik zonası kimi formalaşacağını bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail hücumlarını davam etdirərsə, bu strateji dəniz marşrutları müqavimət qüvvələri tərəfindən bağlana bilər.

Açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda səsləndirilib və İran tərəfinin dəniz nəqliyyat xətləri üzərindən təzyiq imkanlarını vurğulayan yeni siyasi mesaj kimi qiymətləndirilir.

 





09.06.2026    çap et  çap et